Yaponların şəfa mənbəyi! Xolesterolu tənzimləyir və xərçəng riskini azaldır!
Bölmə: Maraqlı › ,Tarix: 18:37 25.01.2024
Yaponların uzun ömür sürməsinin sirlərindən biri süfrələrində tez-tez istifadə etdikləri qara düyüdə gizlənə bilər. Bir çox faydası olduğu bilinən qara düyü haqqında bilmək lazım olanları sizin üçün topladıq.
QARA DÜYÜNÜN FAYDALARI:
Qara düyünün məlum faydalarını aşağıdakı kimi sıralamaq olar;
1.Xolesterolu Tənzimləyir: Qara düyü tərkibindəki yüksək lif və antioksidanlar sayəsində xolesterol səviyyəsini tənzimləyə bilir. Bu xüsusiyyət ürək sağlamlığını dəstəkləyərək ürək-damar problemləri riskini azalda bilər.
2.Xərçəng Riskinin Azaldır: Qara düyünün tərkibindəki fitokimyəvi maddələr, xüsusilə antioksidantlar və fenolik birləşmələr, bədəndəki sərbəst radikallarla mübarizə apararaq xərçəng riskini azaltmaqda rol oynaya bilər.
3.Şəkər səviyyəsinə nəzarət edir: Qara düyü aşağı glisemik indeksi ilə qan şəkərini nəzarət altında saxlamağa kömək edə bilər. Bu xüsusiyyət tip 2 diabet riski olan şəxslər üçün xüsusilə vacib ola bilər.
4.İmmunitet Sisteminin Gücləndirir: Qara düyü vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində immunitet sistemini gücləndirərək bədəni xəstəliklərə qarşı qoruya bilir.
5.Dəri Sağlamlığını Dəstəkləyir: Qara düyü tərkibindəki vitamin və minerallarla dəri sağlamlığını dəstəkləyə bilər. Antioksidantlar dəri hüceyrələrini sərbəst radikallardan qoruyaraq yaşlanma əlamətlərini azalda bilər.
6.Həzm sisteminin yaxşılaşdırılması: Yüksək lif tərkibli qara düyü həzm sistemini tənzimləməyə kömək edir. Həzm sağlamlığını dəstəkləyərək qəbizlik kimi problemlərin qarşısını ala bilər.
QARA DÜYÜ ZƏRƏRLİDİR?
Qara düyü yüksək miqdarda lif ehtiva edir və bu, həddindən artıq istehlak nəticəsində qəbizliyə səbəb ola bilər. Bundan əlavə, qara düyü istifadə edərkən allergiyası olanlar da nəzərə alınmalıdır. Allergiya simptomları qaşınma, töküntü, ödəm və ya mədə narahatlığı şəklində baş verə bilər. Buna görə də, taxıla allergiyası olan şəxslərin əvvəlcə kiçik miqdarda sınaması tövsiyə olunur.
QARA DÜYÜ NECƏ İSTİFADƏ EDİLİR?
Qara Düyüdən Plov Resepti:
İNQREDİYENTLƏR:
- 1 stəkan qara düyü
- 2 stəkan su
- 1 xörək qaşığı kərə yağı
- Duz
Necə hazırlanır: Qara düyünü yaxşıca yuyun və süzün. Bir qazana su töküb qaynadın. Qaynar suya yuyulmuş qara düyü əlavə edin, duz əlavə edin və su çəkilənə qədər vam odda bişirin. Bişmiş qara düyü plovunu ocaqdan götürüb kərə yağı və ya zeytun yağı əlavə edib qarışdırın. Plov dəmlənsin, sonra süfrəyə verə bilərsiniz.
Mənbə: HaberTürk
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva