Soyuq havada bədən istiliyini necə yüksəltmək olar?

Bölmə: Maraqlı › ,
Tarix: 22:19 25.01.2024

Soyuq qış günlərində insanların çoxu üşüyür və bir çox insanlar dərhal bu vəziyyətdən xilas olub isinmək istəyir. Bədən istiliyinizə nə təsir etdiyini və bədən istiliyinizi ən yaxşı şəkildə necə saxlaya biləcəyinizi burada izah edirik...

Baxmayaraq ki, bədənimiz, əslində, öz temperaturunu saxlamağa imkan verən bir neçə funksiyaya malikdir. Lakin qış ayları gələndə insanlar soyuq havadan qorunmaq üçün bədən hərarətlərini yüksəltmək üçün yeni yollar axtarmağa meyllidirlər. Yaşlılar və cavanlar bədən istiliyinə nəzarət etməkdə daha çox çətinlik çəkirlər və istiliyi daha asan itirirlər. Soyuq havaya daha həssas olduğunuzu düşünürsünüzsə, edə biləcəyiniz bir neçə şey var, onlardan bəziləri...

Bir şeylər yeyin, idman edin, suya davamlı paltar geyinmək, isti corab və papaq əlavə etmək sizin üçün faydalı ola bilər. Bundan əlavə, isti mayelər içmək isinməyə kömək edə bilər. Nə etsəniz də hərarətinizi qaldıra bilmirsinizsə, bir mütəxəssisə müraciət etməyiniz faydalı ola bilər. 

Mənbə:habertürk

Tərcümə etdi:Sayad Qoşnalıyeva