Hər gün süd içsəniz, orqanizminizdə hansı dəyişikliklər baş verəcək?

Bölmə: Maraqlı › ,
Tarix: 18:07 26.01.2024

Gündəlik süd istehlakının bədənə təsiri sağlam qidalanmanın sütunlarından birini təşkil edir. Süd kalsium, zülal və digər vacib qida maddələri ilə tanınır və bu xüsusiyyətləri ilə bədənə bir sıra fayda verir. Bəs, hər gün süd içsəniz, orqanizminizdə hansı dəyişikliklər baş verəcək?  

 

1.Sümük Sağlamlığına xeyiri:

Gündəlik süd istehlakı kalsiumla zəngin olduğu üçün sümük sağlamlığına müsbət təsir göstərə bilər. Xüsusilə uşaqlarda sümük inkişafına kömək edə bilər və osteoporoz kimi sümük xəstəlikləri riskini azalda bilər.

 

2.Protein ehtiyacını ödəyir:

Süd yüksək keyfiyyətli protein mənbəyidir. Bu xüsusiyyəti ilə əzələ sağlamlığını dəstəkləyir və bədəndəki təmirə kömək edə bilər.

 

3.İmmunitet sistemini gücləndirir:

Tərkibindəki vitamin və mineral dəstəyi sayəsində süd immunitet sistemini gücləndirə bilər. Bu, xəstəliklərə qarşı müqaviməti artıra bilər.

 

4.Xolesterol və Ürək Sağlamlığına Təsirləri:

Bəzi tədqiqatlar göstərir ki, müntəzəm süd istehlakı xolesterol səviyyəsini aşağı sala və bununla da ürək sağlamlığına müsbət təsir göstərə bilər.

 

5.Laktoza dözümsüzlüyü və yan təsirləri:

Süd istehlakı bəzi insanlarda laktoza dözümsüzlüyünə səbəb ola bilər. Bu zaman süd içməyin yan təsirləri baş verə bilər. Hər bir insanın bədən quruluşu fərqlidir, ona görə də gündəlik süd istehlakının təsiri insandan insana dəyişə bilər. Bir tibb işçisi ilə məsləhətləşmək, fərdi qidalanma planları yaratmaq və hər kəsin öz ehtiyaclarına uyğun bir pəhriz qəbul etməsi vacibdir.

 

Südün bəzi xəstəliklərdən qoruduğu və bir çox faydası olduğu qaçılmaz bir həqiqətdir, lakin artıq olan hər şeydə olduğu kimi, çox süd də zərərlidir. Cafaro, "Gündə üç və ya daha çox stəkan süd içən qadınlarda xərçəng riski yüzdə 44, sümük qırıqlarında yüzdə 16, omba sınıqlarında isə yüzdə 60 artım var. Gündə iki stəkandan çox süd içən qadınların yumurtalıq xərçənginə tutulma ehtimalı az içənlərə nisbətən iki dəfə çoxdur. “İnək südünün tərkibində böyümə hormonu da olduğu üçün döş və digər xərçəng növlərinin riskini artıra bilər” deyib.

 

Mənbə: HaberTürk

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva