Hər gün yarım qaşıq zeytun yağının nə faydası var!

Bölmə: Maraqlı › ,
Tarix: 19:31 31.01.2024

Araşdırmalar zeytunyağının müntəzəm istehlakının demansdan ölüm riskini azaltdığını ortaya qoyub. Tədqiqat nəticəsində məlum olub ki, hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların demansdan ölmə riski heç vaxt və ya nadir hallarda zeytun yağı içməyənlərə nisbətən 28 faiz daha azdır.

 

Harvard Universitetinin alimləri tərəfindən aparılan ilk araşdırmaya görə, zeytun yağı müntəzəm istehlak etmək demansdan ölüm riskini 28 faiz azalda bilər.

 

Zeytun yağı uzun müddətdir ki, sağlam qidalanmanın bir hissəsi kimi istehlak edildikdə daha uzun yaşamağa kömək edə biləcək "superfood" nümunəsi kimi göstərilib.

 

İndi yeni bir araşdırma zeytun yağının demansdan ölmə riskini azaltmağa kömək etdiyini göstərir.

 

NTV telekanalında yer alan xəbərə görə, ABŞ-ın Harvard Universitetində tədqiqatçılar tərəfindən aparılan araşdırma, əhalinin yaşlanması səbəbindən bir çox ölkənin Alzheimer xəstəliyi və digər demans növləri ilə üzləşdiyini ortaya çıxarıb.

 

Tədqiqatçıların fikrincə, marqarin və kommersiya mayonez kimi yağlar yerinə zeytun yağı istifadə etmək demansdan ölüm riskini azalda bilər.

 

Demans yaddaşa və digər zehni qabiliyyətlərə gündəlik həyata təsir edəcək dərəcədə təsir edən bir xəstəlikdir.

 

Bu pozğunluqlar beyindəki fiziki dəyişikliklərdən qaynaqlanır və Alzheimer xəstəliyi ən çox yayılmış növüdür.

 

Qidalanma və demansla əlaqəli ölüm arasındakı əlaqəni araşdırmaq üçün ilk araşdırmada elm adamları otuz il ərzində 90,000-dən çox ABŞ vətəndaşının qidalanma sorğularını və ölüm qeydlərini təhlil etdilər.

 

Onlardan 4 min 749 nəfərinin demansdan öldüyü qeyd edilib.

 

Məlum olub ki, hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların demansdan ölmə riski heç vaxt və ya nadir hallarda zeytun yağı içməyənlərə nisbətən 28 faiz daha azdır.

 

Tədqiqat göstərdi ki, hər gün bir çay qaşığı marqarin və ya mayonezin zeytun yağı ilə dəyişdirilməsi demansdan ölmə riskini 8-14 faiz azaldır.

 

Aynur Babayeva