Qozun faydaları nələrdir?
Bölmə: Maraqlı › ,Tarix: 19:58 31.01.2024
Qoz ağacında yetişən tək toxumlu, yumru, bərk və qabıqlı meyvələrə qoz deyilir.
Sağlam yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. O, kilo balansını qoruyaraq ürək və sümük sağlamlığını yaxşılaşdırmaq üçün faydalar təmin edir.
QOZUN FAYDALARI NƏDİR?
Tərkibində təxminən 90 qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.
Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.
Qozun tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər var. Faydalı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir.
Qoz qlutensiz pəhriz üçün də uyğundur. Vegetarianlara və veganlara bir sıra qida və vitamin dəstəyi verir.
Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını aldığı bilinir.
Bu, sağlam və balanslı qidalanma üçün əsl super qidadır.
Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterin olaraq təyin olunan LDL-nin oksidləşdirici zərərinin qarşısını alır.
QOZ arıqlamaqda təsirlidirmi? QOZ NEÇƏ KALORİDİR?
Axşam televizor qarşısında çips və ya şokolad yemək vərdişiniz varsa, onun yerinə daha sağlam olan qoz yeyə bilərsiniz. Dadlı və doyurucu olduğu üçün aclıq hissini azaldır. Araşdırmalar göstərib ki, qoz aclıq hissini azaldır və iştahın qarşısını alır.
Sağlam yağ nisbətinin yüksək olması səbəbindən 100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8-dən çox bütöv qoz istehlak edilməməlidir.
Mənbə: NTV haber
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva