1800 illik küp...
Bölmə: Maraqlı › ,Tarix: 22:33 31.01.2024
Çorumun Ortaköy rayonunda tapılan təxminən 1800 illik küp Çorum Muzeyində nümayiş etdirilir.
Küpü Təpələrarası Mevkii'nde 18 Yanvarda tarlasını şumlayarkən tapan fermer vəziyyəti səlahiyyətlilərə bildirdi.
Xəbər üzərinə bölgəyə jandarma qrupları sövq edildi. Qruplar tərəfindən araşdırıldıqdan sonra tarixi dəyəri olduğu qiymətləndirilən küp Çorum Muzeyinə təhvil verilib.
Mütəxəssislərin araşdırması nəticəsində müəyyən edilib ki, küp Roma dövrünə aiddir və eramızın II-III əsrlərində əkinçilər taxıl və taxıl məhsullarının saxlanması üçün istifadə edib.
Küp Çorum Muzeyinin bağçasında ziyarətçilərə açıq elan edilib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aytac Kərimova