Vilson xəstəliyi nədir? Xəstəliyin simptomları və müalicə üsulları hansılardır?
Bölmə: Maraqlı › ,Tarix: 19:58 01.02.2024
Vilson xəstəliyi (VD) mis mübadiləsinin pozulması nəticəsində yaranan genetik xəstəlikdir. Qaraciyər və beyin başda olmaqla bir çox orqanlarda yığılan mis orqan zədələnməsi, müxtəlif şikayət və simptomlara səbəb olur. VD müalicə edilmədikdə ölümcül ola bilər.
VD nadir bir xəstəlikdir və müxtəlif cəmiyyətlərdə rast gəlinmə nisbətinin yüzdə 0,3-0,7 arasında olduğu bildirilmişdir. Xəstəliyin ən çox görülən yaşı 5 ilə 45 yaş arasındadır, lakin çox nadir hallarda 3 yaşdan 63 yaşa qədər olan insanlarda da görülə bilir.
Xəstəliyin tapıntıları 6-10 yaşlarında aşkar oluna bilər, lakin erkən diaqnoz qoyula bilməyən xəstələrdə qaraciyər və beyin tutulması ilə bağlı şikayətlər çox vaxt 20-30 yaşlarda ortaya çıxır.
VİLSON XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Vilson xəstəliyinin müxtəlif simptomları var. Bu xəstəlik anadangəlmə xəstəlikdir, lakin qaraciyərdə, beyində və ya digər orqanlarda mis yığılana qədər heç bir əlamət görünmür.
Bəzi xəstələrdə xəstəliyin diaqnozu və müalicəsi aparılmazdan əvvəl Vilson xəstəliyinin heç bir əlaməti müşahidə olunmur. Simptomlar qaraciyər, sinir sistemi, psixi sağlamlıq, gözlər və ya digər orqanlarla əlaqəli ola bilər.
1.Qaraciyərlə əlaqəli simptomlar
Vilson xəstəliyi olan insanlarda hepatit və ya qaraciyər iltihabı əlamətləri ola bilər. Bəzi hallarda kəskin qaraciyər çatışmazlığı baş verə bilər. Qaraciyərlə əlaqəli simptomlar aşağıdakı kimi sıralanır:
- Qaraciyərdə ağrı
- Nəcisin rənginin açılması
-Anoreksiya
- Yorğunluq hissi
- Ürəkbulanma və qusma
- sidiyin tünd rəngi
-Sarılıq
-Nevrologiya və psixi sağlamlıqla bağlı simptomlar.
Vilson xəstəliyindən təsirlənən insanlar, bədəndə artıq misin yığılmasından sonra sinir sistemi və psixi sağlamlıqla bağlı simptomlarla da qarşılaşa bilərlər. Bu simptomlar böyüklər arasında daha çox müşahidə olunur.
2.Nevroloji simptomlar aşağıdakı kimi sıralanır:
- Tremor və ya nəzarətsiz hərəkətlər
- Əzələlərdə sərtlik
-Nitq, udma və ya fiziki kordinasiya ilə bağlı problemlər.
3.Psixi sağlamlıqla əlaqəli simptomlar aşağıdakı kimi sıralanır:
-Narahatlıq
- Əhvalın qəfil dəyişməsi
-Psixoz.
Bu simptomlardan başqa, Vilson xəstəliyində görmə ilə bağlı simptomlar da baş verə bilər. Məsələn, gözlərdə mis yığılması Kayser-Fleischer üzüklərinin yaranmasına gətirib çıxarır. Bu səbəbdən Wilson xəstəliyi olan bir çox insanın buynuz qişasının kənarlarında yaşılımtıl, qızılı və ya qəhvəyi rəngli Kayser-Fleischer halqaları görünə bilər.
4.Vilson xəstəliyi bədənin digər hissələrini də təsir edə bilər, digər simptomlara və sağlamlıq problemlərinə səbəb ola bilər. Bunları aşağıdakı kimi sıralamaq olar:
-Böyrəklə bağlı problemlər
-Sümük və oynaq problemləri
- Mədəaltı vəzi ilə bağlı problemlər
- Hemolitik anemiya
-Ürək ilə bağlı problemlər.
VİLSON XƏSTƏLİYİ NECƏ MÜALİCƏ EDİLİR?
Unutmaq olmaz ki, Vilson xəstəliyindən əziyyət çəkən insanların müalicəsi ömür boyu davam edəcək. Müalicənin dayandırılması kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Həkimlər müalicənin necə davam etdiyini yoxlamaq üçün müntəzəm qan və sidik testləri təyin edə bilərlər.
Vilson xəstəliyinin müalicəsində bağırsaqlarda misin udulmasını tənzimləmək üçün bədəndən artıq misi və sinki çıxaran dərmanlar istifadə olunur.
Bu xəstəlikdən əziyyət çəkən hamilə qadınların hamiləlik boyu xəstəliyinin müalicəsini davam etdirmələri çox vacibdir. Hamilə qadınlar üçün daha aşağı dozada dərmanlara üstünlük verilə bilər. Dölün az miqdarda misə ehtiyacı olduğu üçün dərmanların dozasını azaltmaqla misin udulmasını lazımi səviyyədə saxlamaq olar.
Sink Asetat
Qalzin adlanan sink asetat Vilson xəstəliyinin müalicəsində çox istifadə edilən müalicə üsuludur. Sink bağırsaqlarda misin udulmasının qarşısını alır.
Penisilamin
Bu dərman Vilson xəstəliyi üçün ilk seçim dərmanıdır. Ancaq bəzi insanlar penisilaminə qarşı allergiyası olduğu üçün bu dərman yerinə trientinə üstünlük verirlər.
Əməliyyat
Xəstəliyin ciddi qaraciyər zədələnməsinə səbəb olduğu hallarda xəstəyə qaraciyər transplantasiyası tələb oluna bilər.
Mənbə: NTV haber
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva