Pazının bilinməyən faydaları
Bölmə: Maraqlı › ,Tarix: 22:51 01.02.2024
Pazı yaşıl yarpaqlı tərəvəzlər arasında yüksək qida dəyəri və bir çox sağlamlıq faydası olan bitkidir.
Bu dadlı tərəvəzin sağlamlığa faydaları və zərərləri nələrdir?
Pazı A, C və K vitaminləri ilə zəngindir. Həm də dəmir, kalsium və maqnezium kimi vacib mineralları ehtiva edir. Bu, ümumi sağlamlığı dəstəkləyir və immunitet sistemini gücləndirir. Pazı sərbəst radikallarla mübarizə aparmağa və oksidləşdirici stressi azaltmağa kömək edən antioksidanlarla zəngindir. Tərkibindəki K vitamini, dəmir və maqnezium ürək sağlamlığını dəstəkləyir və hipertoniya riskini azalda bilər.
Tərkibindəki kalsium və K vitamini sümük sağlamlığını dəstəkləyir və osteoporoz riskini azalda bilər.
Tərkibindəki yüksək A vitamini göz sağlamlığını qorumağa və gecə korluğu kimi problemlərin qarşısını almağa kömək edə bilir . Tərkibindəki yüksək lif həzm sistemini tənzimləyir və qəbizlik kimi problemlərin qarşısını alır. Qan şəkərini tənzimləməyə kömək edə bilər və diabetin idarə edilməsində faydalı ola bilər. Aşağı kalorili və qidalı məzmunu ilə çəki nəzarətinə kömək edə bilər.
Pazı, vitamin və minerallarla, xüsusilə dəmir, kalsium və K vitamini ilə zəngin tərəvəzdir. Pəhrizlər və sağlamlıqla yanaşı, pazıdan dəriyə qulluq vasitəsi olaraq istifadə edilir.
Eyni zamanda pazıdakı antioksidantlar dəriyə də xeyirlidir. Erkən yaşlanmanın qarşısını alır. Pazıdakı A vitamini dərinin sağlamlığına müsbət təsir göstərir.
Tehran Yusifli