Saç kəsmədən saqqızı necə çıxarmaq olar?
Bölmə: Maraqlı › ,Tarix: 09:07 05.02.2024
Saqqız uşağınızın saçına yapışıbsa, narahat olmağa dəyməz. Sadəcə dermatoloqların bu addımlarını izləyin. Saqqız uşağınızın saçına yapışıbsa, narahat olmağa dəyməz. Dermatoloqların bu addımlarını izləmək kifayətdir:
1.Bir banka qaymaqlı fıstıq yağı və ya zeytun yağı kimi bitki yağı tapın.
2.Barmaqlarınızla və ya köhnə diş fırçanızdan istifadə edərək saqqızı tamamilə fıstıq yağı və ya yağla örtün. Fıstıq yağı ilə məhsulun tərkibindəki yağlar saqqız bazasını daha sərt və daha az yapışqan edir.
3.Məhsulun işləməsi üçün bir neçə dəqiqə gözləyin.
4.Saqqızı saçdan çıxarın. Bitki yağı qaş və ya kirpiklərdən saqqız çıxararkən xüsusilə faydalıdır.
5.Uşağınızın saçını normal şəkildə yuyun ki, uşağınız nahar kimi qoxumasın.
Saçınıza qulluqla bağlı suallarınız və ya narahatlığınız varsa, bir dermatoloqa müraciət etməlisiniz.
Mənbə: aad.org
Tərcümə etdi: İlhamə Nurəhmədova