Kiber dələduzları nə gözləyir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:45 26.02.2024
Son zamanlarda Facebook və İnstaqram sosial şəbəkələrində insan adları ilə fake hesablar açılır. Bu hesablar sayəsində isə insanlardan pul istənilir.
Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, kibercinayətkarlıqla bağlı ölkədə vəziyyət heç də ürəkaçan deyil:
"Kibercinayət kompüter sistemlərinə, cəmiyyətin kibermaraqlarına ziyan vurulması ilə xarakterizə edilən transmilli cinayət əməlidir. Kompüter sistemlərinə qanunsuz daxil olma", "Kompüter məlumatlarını qanunsuz ələ keçirmə", "Kompüter sisteminə qanunsuz müdaxilə", "Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi", "Kompüter məlumatlarının saxtalaşdırılması" kimi əməllərə görə Cinayət Məcəlləsində müvafiq maddələrlə cinayət məsuliyyəti nəzərdə tutulub. Verilən bu cinayət məsuliyyəti İnstaqram, Facebook, Tik tok sosial şəbəkələrinə aiddir.
Sözügedən məsələylə bağlı hüquqşünas Zaur Seyidzadə nəzərə çatdırıb ki, istər facebookda, istərsə də İnstaqramda belə fake hesablar var:
"Başqa şəxsə aid məlumatların təqdim edilməsi cinayət məsuliyyətidir. Eyni zamanda elə bir məsələ ola bilər ki, bu şəxsin şərəf və ləyaqətinə təsir edə bilər. Bu halda vətəndaşın hüquqları qorunur, qarşı tərəfə cəza tədbirləri görülür".
İlahə Həsənova