Azərbaycanda pul bazasının artımı büdcəyə təsir edəcək?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:42 01.03.2024

Azərbaycanda pul bazası 17 % artıb. Bu günə Azərbaycanda pul bazası 20 milyard 131,8 milyon manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, fevralın 1-i ilə müqayisədə 0,7 % azdır.

 Bununla belə, ölkədə pul bazası son 1 ildə 16,7 % artıb. Bununla belə, ölkədə pul bazası son 1 ildə 16,7 % artıb.

 

Bəs artım büdcəyə necə təsir edəcək?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli artımın büdcəyə heç bir təsiri olmayacağını bildirib:

 

 

 

"Pul bazasını da tənzimləyəndə əsas məsələ elə büdcənin xərcləri, öhdəlikləri nəzərə alaraq həyata keçirir. Yanvarda ilin 10 günü demək olar ki, aktivlik olmur. Bir həftə bayram olur, aktivlik aşağı düşür. Yanvar-fevral ilin nisbətən qeyri-aktiv dövrləridir. Eyni zamanda dövlətin özündə də büdcə təsdiq olunub paylanınca, aşağı investisiya xərclərinin təsdiq prosesi başlayınca bu kimi hallar nəzərə çarpır. Bu aylarda dövlət demək olar ki, ancaq sosial xərcləri ödəyir. 0.7 faiz azalma isə keçən ilin fevral ayına nisbətən əhəmiyyətli rəqəm deyil, cüzidir".

 

Aynur Babayeva