Benzinin qiyməti dəyişəcək ?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:08 01.03.2024

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərar əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib.

 

Bu barədə "informator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda Aİ 95, və ya Aİ 98 markalı benzinlər istehsal edilmir.Rumıniya və Rusiyadan idxal olunur:

 

 

"Bu da, sözsüz ki, bizi digər ölkələrdən benzin idxal etməyə vadar edəcəkdir. Hesab edirəm ki, ölkədaxili qiyməti sabit saxlanması üçün həmin gömrük rüsumlarından azad edilib. Bu sadəcə ölkədə benzinin qiymətinin qalxmaması üçün atılan addımdır. Bu yanacaq növlərinin qiyməti "Tarif Şurası" tərəfindən deyil, bazarın tələb və təklifi əsasında formalaşır. Bu yanacaq növlərinin vergidən azad edilməsi həmin yanacaq növlərinin vergi azaldılması faizinə uyğun olaraq maya dəyəri aşağı düşür. Bu da, təbii olaraq həmin növ benzinlərin qiymətinin müəyyən qədər ucuzlaşmasına gətirib çıxarda bilər. Məsələ burasındadır ki, Azərbaycana idxal edilən digər məhsullar kimi benzin idxalı da rəqabətli mühitdə deyil. Onun idxalçıları o səviyyədə deyil ki, bir-biriləri ilə rəqabət aparsınlar. Onlar bir-biriləri ilə əlaqəli işləyirlər. Hökumətin də həmin şirkətlərə təsir imkanı genişdir. Ola bilsin ki, bu qərardan sonra idxalçı sahibkarlara təsir göstəriləcək ki, qiyməti aşağı salsınlar. Tutaq ki, vergi 20% aşağı salınıbsa, yəqin, 10-12% yanacağın qiymətini aşağı salacaqlar. Maya dəyərinin azalmasına gətirib çıxardır. Maya dəyərinin azalması da qiymətin aşağı salınmasına şərait yaradır. İndi o şəraitdən yararlanıb qiyməti aşağı salacaqlar, salmayacaqlar, bu onların insafına və hökumətin onlara hansı istiqamətdə təsir göstərə biləcəyindən asılıdır. Öz insaflarına qalsa, sözsüz ki, digər inhisarçılar kimi onlar da qiymətin ucuzlaşması barədə düşünməyəcəklər. Amma, hökümət təsir göstərsə, müəyyən qədər qiymətlər ucuzlaşa bilər".

 

Mövzu ilə bağlı "informator.az"a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki,Martın 1-dən Rusiyadan benzin idxalına müəyyən qadağalar qoyuldu:

 

 

"Bu da, sözsüz ki, bizi digər ölkələrdən benzin idxal etməyə vadar edəcəkdir. Hesab edirəm ki, ölkədaxili qiymətin sabit saxlanması üçün həmin gömrük rüsumlarından azad edilib. Bu sadəcə ölkədə benzinin qiymətinin qalxmaması üçün atılan addımdır".

 

Lalə Qafarova