"İnvestisiya artımı olmadan dayanıqlı iqtisadi inkişaf ola bilməz"-Ekspert RƏYİ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:13 01.03.2024

Energetika təhlükəsi dünya üçün əhəmiyyətli bir məsələdir. Bu, energetika tədarükünü, energetika infrastrukturunu və energetika istehsalını təhlükəyə atan hər hansı bir faktoru əhatə edir. Təhlükələr arasında energetika sistemlərinin qırılması, energetika sənayesinə təsir edən təhlükələr və energetika tədarükünə nail olmaq üçün münasibətsizlik kimi mövzular yer ala bilər. Bu, həm dövlətlər, həm də energetika şirkətləri üçün strateji planlamada önəmli bir məsələdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, enerji təhlükəsizliyi olduqca vacibdir və iqtisadiyyatın bir sütunudur:

 

"Enerji təhlükəsizliyi təkcə yaşıl iqtisadiyyat, ətraf mühitlə bağlı olan məsələlər deyil, eyni zamanda enerji təminatının fasiləsizliyidir. Enerji təhlükəsizliyinin təminatı bütövlükdə ölkənin təhlükəsizlik siyasətinin vacib seqmentlərindən olmalıdır. İqtisadiyyatda və maliyyə sektorunda enerji təminatının rolu çox böyükdür. Bu həm onilliklərlə, yüzilliklərlə formalaşmış trendlərə aiddir, həm də yeni texnoloji quruluş, rəqəmsallaşma xeyli dərəcədə enerji sektorundakı prosesslər ilə bağlıdır".

 

Ekspertin sözlərinə görə, dünya enerji infrastrukturu siyasi və iqtisadi qruplaşmaların və bir sıra dövlətlərin rəhbərliyində təmsil olunan, həmin qrupların nümayəndələrinin məsuliyyətsizliyi baxımından bugün də çox böyük problemlərlə üz-üzə qalmaqdadır:

 

"Logistik zəncirlər, enerji dəhlizləri sınır, dərin problemlərlə üz-üzə qalır, nəticədə enerjinin mühüm istiqamətləri enerji təminatından məhrum olur və bir çox iqtisadi və sosial problemlər qaçılmaz olur. İqtisadiyyatın inkişafı investisiyalar və innovasiyalar ilə bağlıdır. Enerji sektorunun inkişafı və enerji təhlükəsizliyi də bilavasitə investisiyaların və innovativ yanaşmaların, o cümlədən investisya prosessində effektiv şəkildə tətbiqindən asılıdır. Hazırda iqtisadi artımında,enerji təhlükəsizliyinində özəyində innovasiyalar, elmi-texniki tərəqqinin qabaqlayıcı tətbiqi dayanır. İqtisadi artım, enerji sektorunun inkişafı isə investisiyaların artımından asılıdır. Dayanıqlı investisiya artımı olmadan dayanıqlı iqtisadi inkişaf ola bilməz, bu da enerji sektorunun,enerji təhlükəsizliyinin nə dərəcədə investisiyalardan asılı olduğunu göstərir. Beləliklə, innovasiya və investisiyalar enerji təhlükəsizliyinin, enerji sektorunun və bütövlükdə iqtisadi proseslərin mərkəzində dayanır desək, yanılmarıq".

 

Elnarə İslamova