‘’Bayer Leverkuzen’’lə oyunda iştirak edə bilməyəcək oyunçular açıqlanıb-Mütəxəssisdən açıqlama

Bölmə: İdman › ,
Tarix: 20:45 01.03.2024

UEFA ‘’Qarabağ’’ ın kart səbəbi ilə cəzalanan oyunçularını açıqlayıb. 

 

Elvin Cəfərquliyev, Julio Romao və məşqçi Elçin Rəhmanov da ‘’Bayer Leverkuzen’’ lə Bakıdakı oyunda iştirak edə bilməyəcək. Bu barədə futbol mütəxəssisi Şahin Diniyev fikirlərini ‘’İnformator.az’’ ilə bölüşüb. Mütəxəssis ilk olaraq ‘’Qarabağ’’ ın uğurları barədə söz açıb:

 

‘’  ‘’Qarabağ’’ bu mərhələyə kimi üzərinə düşəni maksimum şəkildə yerinə yetirib. ‘’Bayer Leverkuzen’’ məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışır və hazırda daha yaxşı vəziyyətdədirlər. Buna baxmayaraq, ‘’Qarabağ’’ dan  gözləntilərimiz hər zaman yüksək olub''.

 

Şahin Diniyev kart səbəbi ilə cəzalanan oyunçuların aparıcı rola malik olduqlarını qeyd edib.

 

''Kart səbəbi ilə cəzalanan oyunçular həm hücum həm də müdafiə potensialı cəhətdən komandanın aparıcı üzvlərindəndirlər. Amma, ‘’Qarabağ’’da onları əvəz edə biləcək oyunçular var''.

 

 

Ayaz Zeynalzadə