Xarici valyutanın üstünlükləri

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:19 01.03.2024

Azərbaycan vətəndaşları pullarını manatla yanaşı, xarici valyuta vasitələri ilə də saxlamağa üstünlük verirlər.

 

Ekpertlərin fikrincə, vətəndaşlar bütün dünyada olduğu kimi pul yığımı vasitəsi olaraq daha çox  Amerika Birləşmiş Ştatları dolları (USD) istifadə edir.



Bəs niyə  vətəndaşlar öz yerli valyutamız olan manatdan yox, daha çox ABŞ dollarından istifadə edirlər?


Pulu xarici valyuta ilə saxlamağın hansı üstünlükləri var?

İqtisadçı ekspert Emin Qəribli "İnformator.az" a  açıqlamasında suallarımızı cavablandırıb.

O deyir ki, qanunvericilikdə banklarda depozitlər zamanı manata üstünlük verilərsə, dövlət müəyyən güzəştlər edir:

 

"Xüsusilə, ABŞ valyutasının saxlanmasının bir neçə səbəbi var. Xarici valyutadan əksərən xaricə gedərkən və ya xariclə ticarət əlaqələri qurarkən istifadə edilir. Bəzi hallarda hesab edirlər ki, xarici valyuta nisbətən dayanaqlıdır. Əslində, biz tarixə baxsaq, dünya iqtisadiyyatını prespiktivdə təhlil etsək, görərik ki, ABŞ dolları özü də müəyyən təyziqlərə məruz qalıb. Ötən əsrin 70-ci  illərindən əvvələrindən başlayaraq ABŞ dollarının arxasında heç bir təminat durmur". 

 

Ekspert qeyd edir ki,  insanların ənənəvi olaraq ABŞ dolarına üstünlük verməsinin səbəbi onun dünya iqtisadiyyatında mövqeyidir.

 

"Qanunvericiliyimizdə də müəyyən olunub ki, banklarda depozitlərdə manata üstünlük verilərsə, dövlət də müvafiq güzəştlər tətbiq edir. 2014-cü ildə bizim valyutamız müəyyən dərəcədə devalvasiyaya uğrayıb. Amma son dövrlərdə görürük ki, heç bir problem yoxdur".

 

 

Azər Abuşov