Premyer Liqa: "Neftçi" - "Qarabağ" 4:1-AÇIQLAMA

Bölmə: İdman › ,
Tarix: 19:39 04.03.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur ölkə derbisi ilə başa çatıb. "Neftçi" doğma azarkeşlər önündə "Qarabağ"a 4:1 hesabı ilə məğlub olub.

 

"Səbail"in baş məşqçisi Şahin Diniyev "informator.az"a açıqlamasında oyunla bağlı düşüncələrini bildirib. "Neftçi" "Qarabağ"a 4:1 hesabı ilə məğlub olub:

 

"Gərgin oyun keçdi. 4:1 böyük bir hesabdır lakin "Neftçi" "Qarabağ"a qarşı yaxşı oynadı. Hesab minimum da ola bilərdi, 90+'da buraxılan qollarla 4:1 oldu".

 

Müsahib A.Nərimanın 47-ci dəqiqədə fərqlənməsinə də toxunub:

 

"Nərimanın potensialı daha çoxdur. Bu o demək deyil ki, Nəriman hazırda Avropanın aparıcı klublarında oynaya bilər. "Qarabağ"da olan futbolçular "Qarabağ"da inkişaf edirlər. Nəriman Axundzadə də "Qarabağ"da inkişaf edəcək".

 

Zəhra Həsənova