“Başakşəhər” Nəriman Axundzadə ilə maraqlanır

Bölmə: İdman › ,
Tarix: 23:47 04.03.2024

Türkiyənin “Başakşəhər” klubu “Qarabağ”ın gənc futbolçusu Nəriman Axundzadəni transfer etmək niyyətindədir. 

 

Bu barədə Vaqif Sadıqov "informator.az"a açıqlamasında bildirib ki, hazırda azərbaycanlı futbolçulara Avropa klublarından böyük maraq var:

 

"Türkiyənin böyük klublarından olan “Başakşəhər”in Nərimanla maraqlanması qürurvericidir. Nəriman gənc və istedadlı oyunçudu. Lakin Nərimanın büxtələşməsi, təcrübə toplaması üçün hələki “Qarabağ”da qalması daha məsləhətlidir. O, günü-gündən inkişaf edir, bu da hər birimizi sevindirir. Biz inanırıq ki, Nərimanda Azərbaycanın ən güclü futbolçusu ola bilər, onda bu potensial var".

 

Veteran futbolçunun fikrincə Azərbaycan çempionatındakı futbolçulara Avropadan maraq olmasının başlıca səbəbi “Köhlən Atlar”dır:

 

“Həm Nəriman, həm də digər gənc futbolçularımıza böyük maraq var. Bu da “Qarabağ”ın Avropada uğurlu olması ilə əlaqədardır. Çempionumuz Avropada elə bir səs salıb ki, artıq hər yerdən maraq var. Onların uğurlu çıxışı güclü çempionatların komandalarının yerli çempionatı izləyib, oyunçularımızı bəyənməsinə səbəb olub".

 

Qeyd edək ki, 2004 doğumlu olan Nəriman son oyunlarda məhsuldarlığı və yaxşı oyunu ilə hər kəsin diqqət mərkəzindədir.

 

Müzəffər Quluzadə