Milli komandanın baş məşqçi postuna kim təyin olunacaq?

Bölmə: İdman › ,
Tarix: 22:44 05.03.2024

İtaliyali baş məşqçi Cianni De Byazinin vəzifəsindən uzaqlaşdırılmasından sonra Milli Komanda bir müddətdir ki, baş məşqçisizdir. 

 

Bəs bu posta kim təyin olunacaq? Yerli futbol camiyəsi yerli məşqçinin tərəfdarı olsa da, hələki bu barədə dəqiq bir fikir yürütmək mümkün deyil. Səbailin baş məşqçisi, təcrübəli Şahin Diniyev bu barədə informator.aza açıqlama verib:

 

“Milliyə gələcək baş məşqçinin yerli və əcnəbi olması o qədər də önəmli deyil, önəmli olan veriləcək nəticədir. Hazırda vacib olan AFFA-ya gələcək prezidentdir, onun hansı bir istiqaməti tutmasıdır. Yəqin ki bu barədə gələn prezidentin fikri çox önəmli olacaq".

 

Qeyd edək ki, De Byazinin gedişindən sonra yığmanı Arif Əsədov çalışdırır.

 

Müzəffər Quluzadə