Azərbaycan Premyer Liqa oyunlarında azarkeşlər niyə az iştirak edir?-RƏY

Bölmə: İdman › ,
Tarix: 18:52 07.03.2024

Avrokubok oyunlarında stadionda azarkeşlər iştirak edir, lakin Premyer Liqa oyunlarında bu ifadəni işlətmək çətindir. Azərbaycan Premyer Liqası matçlarında stadionda azarkeşlər az iştirak edir.

 

Sözügedən məsələ ilə bağlı Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bu məsələnin Azərbaycan futbolunun sağalmaz dərdi olduğunu bildirib:

 

"Azərbaycanda futbola maraq yoxdur. Bu gün azarkeşlər UEFA Avropa Liqasının 1/8 mərhələsində oynayacağımız oyuna görə stadionu dolduracaq. Milli Çempionatda isə belə deyil. Səbəb odur ki, oyunlar azarkeşlərə maraqsız gəlir, çünki onlar istədikləri effekti almırlar. Stadionları medianın, ictimaiyyətin dəstəyi ilə doldurmaq lazımdır".

 

Zəhra Həsənova