"İpoteka məbləği az olduğundan böyük növbələr var"-Ekspertdən açıqlama

Bölmə: Sosial › , İqtisadiyyat › ,
Tarix: 21:38 07.03.2024

Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub. Bu da gənc ailələrə güzəştli şərtlərlə ev almaq imkanı verəcək. 

 

İpoteka kreditləri üzrə güzəştlərdən hansı kateqoriya şəxslər yararlana bilər?

 

“İnformator.az” a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli məsələyə münasibət bildirib. 

 

Ayrılan vəsait, təəssüf ki, çox deyil. Buna ehtiyac həddindən artıq çoxdur, yəni minlərlə ailə sosial ipotekadan yararlanmağı düşünür. Sosial ipotekaya haqqı çatanların siyahısı da genişləndirilib. 

 

Ekspert vurğulayır ki, əvvəllər bu siyahı daha az kateqoriyaya aid idi, indi isə müharibə iştirakçıları, veteranlar, qazilər, şəhid ailələri, dövlət qulluqçularının ipotekadan yararlanmaq haqqı var. 

 

Müsahib qeyd edir ki, ipoteka məbləği az olduğundan, təəssüf ki, böyük növbələr var. Yəni haqları çatan insanlar belə sosial ipotekadan istifadə edə bilmirlər. Ona görə də gələcəkdə sosial ipotekanın məbləğinin artırılması ilə bağlı qərarların verilməsinə ehtiyac var. 

 

 

Gülnisə Əfkari