Elektromobillərlə bağlı sərəncam hansı yeniliklərdən xəbər verir?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 23:04 07.03.2024
Prezident İlham Əliyev Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə iqtisadçı ekspert Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki, elektromobil avtomobillərin ölkəmizə gətirilməsinin stimullaşdırılması üçün bir neçə il bundan əvvəl güzəştlər başlayıb:
"Yaşı 2-3 ilə qədər olan elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı hətta ədv-də alınmırdı. Bu baxımdan ənənəvi avtomobillər gəldikdə, mühərrikin həcmindən asılı olaraq çoxlu vergilər ola bilir. Mühərrikli avtomobillərdə iki aspekt əsas götürülür ki, bunlardan ön planda olanı ətraf mühitin çirklənməsi və xüsusən də yanacağı baha olan ölkələrdə ona olan tələbatın aşağı salınmasıdır. Eyni zamanda yeni tipli, elektromobil avtomobillərdə də batareyaların bahalı olması səbəbindən uzun müddətdir ki, avtomobillərin qiymətində artım müşahidə olunur. Lakin Çinin bu sahədə inkişaf etməsi avtomobillərin alış qiymətinin aşağı enməsinə şərait yaratmış oldu. Bu tip avtomobillərdə mühərrik elektrik enerjisi ilə çalışır və onların enerji ilə təchizini təmin etmək üçün ölkənin müəyyən yerlərində, xüsusilə də, əlçatanlığa ehtiyac duyulan məkanlarda imkanların yaradılması daha məqsədəuyğundur. Ölkə başçısının da sərəncamı məhz elə bu imkanların təşkili, məsələnin həlli istiqamətinə yönəlib".
Aytac Kərimova