Azərbaycan futbolunun nəbzi bu gün Almaniyada döyünəcək-ŞƏRH

Bölmə: İdman › ,
Tarix: 18:41 14.03.2024

"Qarabağ" Leverkuzendə tarixi oyuna çıxacaq. "Köhlən atlar" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında "Bayer 04" ilə münasibətləri aydınlaşdıracaq.

 

İdman eksperti Kənan Məstəliyev "informator.az"a açıqlamasında bildirib ki, Məncə, "Qarabağ" ilk qarşılaşmada nümayiş etdirdiyi futbolla sübut etdi ki, rəqibin kimliyindən, adından, şöhrətindən asılı olmayaraq hər birinə qarşı mübarizə apara, hətta qalib də gələ bilər:

 

"Cavab matçı çətin olacaq, çünki "Bayer" çox güclü rəqibdir, öz evində oynayır, üstəlik, ilk matçdakı vəziyyət onları "ayıldıb". Onlar artıq "Qarabağ"ı daha yaxından tanıyırlar, daha ciddiyə alırlar, daha diqqətli olacaqlar. Ustalıq səviyyələri də bizdən üstündür, ancaq bir məqam var ki, "Qarabağ"ı üstün tərəf edir: bu turu keçməyi biz almanlardan daha çox istəyirik. Əzmkarlıq, mübarizlik nümayiş etdirməli, sona qədər dözməliyik. Şans var, ancaq məğlubiyyət olsa belə, bunu faciə kimi qəbul etmək olmaz. "Qarabağ" Azərbaycan futbolunun qadir ola biləcəyindən dəfələrlə yuxarı qalxıb, tarixi uğur qazanıb. Bura qədər olanlara görə də biz bu kluba təşəkkür etməliyik".

 

Zəhra Həsənova