"AFFA-da dəyişikliyə ehtiyac var idi..."
Bölmə: İdman › ,Tarix: 16:13 02.04.2024
Rövşən Nəcəf AFFA-nın prezidenti seçildi. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident seçilib.
Futbol eksperti Aslan Kərimov "informator.az"a açıqlamasında məsələyə münasibət bildirib. Futbol federasiyası kimi bir qurumun prezidenti özünü sübut edən bir şəxs olmalı idi:
"Uğurlu olub-olmadığını zaman göstərəcək. İnkişaf üçün yaxşı investisiya qoyulmalıdır. Rövşən Nəcəfin ilkin verdiyi istiqamətlər əslində futbolun inkişafı üçün vacib məsələlərdəndir. Şəffaflıq və uşaq futboluna diqqətin ayrılması kimi verilən vədlər öz təsdiqini taparsa, daha effektli bir yol görəcik. Əlbəttə ki, dəyişikliklər olacaq, lakin kimlər dəyişiləcək bu hələ bilinmir".
Vüqar Alışov