Premyer Liqanın iki futbolçusu zorlama ittihamı ilə həbs edilib

Bölmə: İdman › ,
Tarix: 20:36 24.04.2024

İngiltərə Premyer Liqasında çıxış edən iki futbolçu zorlama iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

 

"İnformator.az" xəbər verir ki, onların hər ikisi 19 yaşlı futbolçular polisin dindirilməsindən sonra zaminə buraxılıblar.

 

İki futbolçunun çıxış etdiyi klub iddialara münasibət bildirməkdən imtina edib.

 

Futbolçuların və oynadıqları klubun adları ictimaiyyətə açıqlanmayıb.

 

Polis sözçüsü deyib: "Səlahiyyətlilər zorlama xəbərini aldıqdan sonra iki nəfəri həbs ediblər".

 

Mətbuat katibi bildirib ki, zorakılığa və zorlamaya köməklik etməkdə şübhəli bilinən 19 yaşlı gənc, zorlamada şübhəli bilinən 19 yaşlı daha bir şəxs həbs edilib.

 

Hadisə ilə bağlı iddiaları ilk olaraq Britaniyanın “Sun” qəzeti yayıb. Xəbərdə sözügedən hücumun cümə günü baş verdiyi bildirilir.

 

Polisin araşdırması davam edir. İstintaq prosesində futbolçuların komandalarından uzaqlaşdırılıb-çıxarılmadığı məlum deyil.

 

Aynur Babayeva