PSG bir addım daha öndədir, çünki onların Mbappesi var

Bölmə: İdman › ,
Tarix: 22:07 01.05.2024

“Borussia Dortmund”-Paris Saint-Germain(PSG)ni qəbul edəcək. Bu, sözügedən komandaların mövsümdə 3-cü dueli olacaq. Almaniya və Fransa təmsilçiləri qrup mərhələsində üz-üzə gəliblər. Bir görüş heç-heçə başa çatıb, Parisdəki matçda isə yerli komanda qalib gəlib.

 

"İnformator.az"  "sporaz.tv"yə isitinadən xəbər verir ki, bu gün baş tutacaq oyunla bağlı  açıqlama verən idman eksperti Aslan Kərimov bildirib ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları biri-birindən maraqlı olur:

 

“Buna dünən baş tutan “Bayern München”(Bavariya)- “Real Madrid” oyununu misal göstərmək olar. Düşünürəm ki, “Borussia Dortmund”-“Paris Saint-Germain”(PSG) oyunu istisna olmayacaq, çünki hər iki komanda güclü heyətə və fərqli oyun üslublarına malikdirlər.

 

“Borussia Dortmund” rəqibin müdafiəsindəki boşluqlardan məharətlə istifadə edib, rəqibi cəzalandıra bilər. Bunu “Atletico de Madrid”(Atletiko Madrid)lə 4/1 oyunlarında nümayiş etdirdilər”.

 

 

Ekspert əlavə edib ki ,Paris Saint-Germain(PSG)-nin müdafiəsini yarmaq “Borussia Dortmund”üçün çox da çətin olmayacaq:

 

"Əsas məsələlərdən biri, Paris Saint-Germain(PSG)nin hücum xəttinin mükəmməl olmasıdır. “Borussia Dortmund” bəzən müdafiədə boşluqlar verir. Əgər bu oyunda mudafiədə boşluqlar olarsa, Paris Saint-Germain(PSG) bu imkanlardan maksimum dərəcə yararlanmağa çalışacaq.

Proqnoz olaraq onu deyə bilərəm ki, təxminən “Bayern München”(Bavariya)- “Real Madrid” oyunun ssenarisi təkrarlana bilər.

 

Amma Paris Saint-Germain(PSG)nin şansları bir qədər çox olacaq, çünki hücumda Mbappe, Dembele var və belə oyunçuların qarşısını almaq asan iş deyil. “Paris Saint-Germain”(PSG)nin bir addım daha öndə olmasını deyə bilərik. Azarkeşlər üçün maraqlı və bir o qədər də gərgin oyun olacaq”.

 

Vüqar Alışov