UEFA Avropa Liqasının final oyununu İştvan Kovaç idarə edəcək

Tarix: 23:28 13.05.2024
Rumıniyalı hakim İştvan Kovacs UEFA Avropa Liqasının finalında “Atalanta” – “Bayer Leverkuzen” oyununu idarə edəcək.
"İnformator.az" xəbər verir ki, UEFA Avropa Liqasının 2023-2024-cü il mövsümünün finalını idarə edəcək hakimlər bəlli olub.
Çərşənbə günü, mayın 22-də İrlandiyanın Dublin Arenasında İtaliyanın "Atalanta" komandası və Almaniyanın "Bayer Leverkuzen" komandaları üz-üzə gələcək. Gərgin qarşılaşmada Rumıniya Futbol Federasiyasından İştvan Kovaç fit çalacaq. Kovaçın köməkçiləri Vasile Florin Marinesku və Mixay Ovidiu Artene olacaq. Matçın dördüncü hakimi İvan Kruzlyak olacaq. Pol van Boekel VAR kürsüsündə, Katalin Popa isə AVAR-da olacaq.
39 yaşlı İştvan Kovacs 2022-ci ildə UEFA Avropa Konfransı Liqasının “Roma” və “Feyenoord” komandaları arasında keçiriləcək final matçını idarə edib. Rumıniyalı referi ikinci dəfə UEFA təşkilatında klub səviyyəsində finalı idarə edəcək.
Vüqar ALIŞOV