Milyonlarla insanın ölümünə səbəb olan xəstəlik necə yayılıb?

Bölmə: Dünya › ,
Tarix: 23:19 23.05.2024

Milyonlarla insanın ölümünə səbəb olan xəstəliyin necə yayıldığı məlum olub. Orta əsrlər Avropasında 25 milyon insanın ölümünə səbəb olduğu təxmin edilən vəba epidemiyasının düşüncədən fərqli yayıldığı ortaya çıxdı.
Qara Ölüm kimi tanınan vəbaya səbəb olan Yersinia pestis adlı bakteriya gəmiricilər və birələr arasında təbii şəkildə yayılır. Birələrin insanları dişləyərək yoluxdurduğu məlum olduğundan, bunun vəba epidemiyalarına səbəb olduğu təxmin edilir.

 

PLOS Biology jurnalında dərc olunan araşdırmaya görə, başqa bir həşərat Avropada epidemiyanın yayılmasında birə kimi mühüm rol oynamış ola bilər. 

 

İnsan qanı ilə qidalanan bədən bitlərinin Yersinia pestis bakteriyalarını daşıya biləcəyi məlum olsa da, epidemiyaya səbəb olacaq qədər yaya bilməyəcəkləri düşünülürdü. 

 

Tədqiqatın baş müəllifi Joe Hinnebusch deyir: "Avropada Qara Ölüm epidemiyasının tibbi tarixi ilə bağlı uzun müddətdir davam edən mübahisələr var. 

 

Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün elm adamları bədən bitlərinin laboratoriyada bakteriyaları yayılma sürətini araşdırıblar. 

 

İnsan dərisinin istiliyini təqlid edən süni dəridə tərkibində Yersinia pestis olan qan nümunələri ilə qidalanan bitlər yoluxub. Nümunələrdəki bakteriyaların səviyyəsi real insan hallarına yaxın idi. 

 

Bu bitlər daha sonra steril süni dəridən qan əmərək bakteriyaları müntəzəm olaraq yaymağa başlayıblar.

 

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bakteriya bitlərdəki Pawlowsky bezlərini yoluxdura bilir. Bu tüpürcək vəziləri infeksiyanı yalnız həzm sistemində daşıyan bitlərdən daha ardıcıl olaraq patogeni ötürürdü. 

 

Güman edilir ki, bezlər tərəfindən ifraz olunan bir növ sürtkü bakteriyaları bitin ağzına ötürür. Alimlərin fikrincə, bu bitlər insanları dişləyərək yoluxdurmuş və epidemiyanın baş verməsində rol oynamış ola bilər. 

 


Hinnebusch deyir: "Bakteriyaların ilk gündə yoluxduğu görünür, lakin infeksiyadan sonra üç-7 gün ərzində daha çox bakteriya yoluxub."

 

Mənbə: Haber Global

Nəzrin Mirzəyeva