"Ürəyimdə daşıdığım kluba ən yaxşısını arzulayıram"-Xavi

Bölmə: İdman › ,
Tarix: 23:54 24.05.2024

‘’Barselona’’ Xavi Hernandez ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

 

Klub rəsmi açıqlamasında Xaviyə təşəkkür edərək yollarını ayırdığını qeyd edib. İspan mütəxəssis ‘’Barselona’’ nın baş məşqçisi kimi son oyununu ‘’Sevilya’’ya qarşı keçirəcək. 

 

Xavi Hernandez rəsmi instaqram hesabında paylaşdığı açıqlamada oyunçulara, azarkeşlərə, rəhbərliyə təşəkkür edərək ‘’Barselona’’ya ən yaxşısını arzuladığını vurğulayıb.

 

 Qeyd edək ki, Xavi Hernandez ‘’Barselona’’ da baş məşqçi kimi 1 dəfə La Liqa və 1 dəfə İspaniya Superkubokunu qazanıb.

 

Ayaz Zeynalzadə