00:00:00
Yazar
Admin User
09.06.2015 17:06 962 1 dəq oxuma
Mədəniyyət

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin kinorejissor Vaqif Mustafayevə Rusiyanın “Dostluq ordeni”ni təqdim edib

Vaqif Mustafayev Rusiya Prezidentinə və səfir Vladimir Doroxinə təşəkkürünü bildirib
Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin kinorejissor Vaqif Mustafayevə Rusiyanın “Dostluq ordeni”ni təqdim edib

Bakıda keçirilən Rusiya günündə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin “Space” televiziyanın rəhbəri, görkəmli kinorejissor Vaqif Mustafayevə Rusiyanın “Dostluq ordeni”ni təqdim edib. 
Dünya şöhrətli kinorejissor Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük töhfəsinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanına əsasən bu yüksək mükafata layiq görülüb.
Vaqif Mustafayev Rusiya Prezidentinə və səfir Vladimir Doroxinə təşəkkürünü bildirib.
Qeyd edək ki, qəbulda Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər