00:00:00
Yazar
Admin User
07.12.2015 09:34 824 1 dəq oxuma
Hadisə

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri tapmaq hələ də mümkün olmayıb

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə deyib
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri tapmaq hələ də mümkün olmayıb

Informator az. saytı SOCAR-ın bu gün saat 11-də olan brifinqindən məlumat verir. \"Bütün cəhdlərə baxmayaraq, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri tapmaq hələ də mümkün olmayıb\". Bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə deyib. Buzovna ərazisində boş jiletlərin tapılması ilə əlaqədar məlumat daxil olduqdan sonra oraya işçilər göndərilib. Lakin məlum olub ki, onlar balıqçıların jiletləri olub. Baş mühəndisin sözlərinə görə, yanğın davam edir. Hazırda 5-ci özüldə yanğının söndürülməsi ilə əlaqədar əlavə tədbirlər müzakirə olunur. Küləyin sürəti güclü olduğundan axtarışlar effekt vermir. Növbəti brifinq saat 17-də olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər