Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə tədbirlər planı hazırlayıb
Bilgisizlik səbəbindən dinin ailə modelinə mənfi təsirlərini minimuma endirmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə tədbirlər planı hazırlayıb. Bu plana uyğun olaraq Paltaxt və bölgələrdə maarifləndirmə işləri aparılacaq. Ailə institutunun daha da möhkəmləndirilməsi üçün cəmiyyətdə din-ailə münasibətləri geniş şəkildə müzakirə edilməlidir. Din adından istifadə edib gənclərin radikal qruplara cəlb edilməsi, eləcə də, ailələrdə islama aidiyyəti olmayan şərtlər bəhanə gətirilərək ölkə qanunlarının pozulması yolverilməzdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə erkən nigah probleminə diqqət çəkir və bunu dinin düzgün dəyərləndirilməməsi ilə əlaqələndirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə maarifləndirmə tədbirləri 2015-2016-cı illəri əhatə edəcək.
