00:00:00
Yazar
Güllər Gülhüseynova
23.07.2026 17:09 36 1 dəq oxuma
Dünya

Zelenski Ukrayna Silahlı Qüvvələrinin kadr yenilənməsini və ABŞ ilə yeni danışıqlara hazırlığı elan edib

Zelenski Ukrayna Silahlı Qüvvələrinin kadr yenilənməsini və ABŞ ilə yeni danışıqlara hazırlığı elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixaylo Drapatıdan ordunun kadr tərkibinin yenilənməsi ilə bağlı təkliflər gözlədiyini bildirib, həmçinin Rusiyayla müharibəni başa çatdırmaq məqsədilə danışıqlar prosesinin davam etdirilməsi üçün ABŞ ilə yeni ideyaların müzakirəsinə hazırlıq barədə məlumat verib.

 

"İnformator.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə V.Zelenski Kiyevdə İrlandiyanın Baş naziri Mixol Martinlə birgə mətbuat konfransında danışıb.

 

"Orduda kadr tərkibinin yenilənməsi olacaq. Mən yeni baş komandandan təkliflər gözləyirəm", - V.Zelenski bildirib.

#qüvvələrinin #yenilənməsini #abş #xəbər #silahlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər