00:00:00
Yazar
Zəhra Həsənova
14.10.2026 22:51 61 2 dəq oxuma
Siyasət

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Laos Prezidenti bildirib ki, ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları Laosa daha çox investisiya yatıracaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Laos Azərbaycan üçün populyar istiqamət deyil:

 

“Laosla münasibətlərimizAvropa ölkələri, yaxın qonşularımız və ya Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz səviyyəsində deyil. Faktiki olaraq, ticarət əlaqələrimiz də demək olar ki, sıfır həddindədir. İndi Laos bizim üçün kəşf ediləcək yeni bazar, yeni istiqamətdir. Bu baxımdan düşünürəm ki, Laosla Azərbaycan arasında əməkdaşlığı daha yüksək səviyyəyə daşımaq mümkündür".

 


"Bundan əlavə, hər iki ölkə BMT-nin üzvüdür və beynəlxalq qurumlarda təmsil olunur. Təbii ki, hər birinin öz maraqları var. Bu maraqlar baxımından Laos bizim tərəfdaşımız ola bilər. Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənməsi baxımından səsimizə səs qata bilər".

 

Siyasi şərhçinin sözlərinə görə, Laos artıq bizim üçün yeni bir istiqamət kimi dəyərləndirilə bilər:

 

“Xarici siyasətin mümkün qədər çoxşaxəli olması Azərbaycanın imkanlarının genişləndirilməsi deməkdir. Bilirsiniz, bizim insan potensialımız və elmi potensialımız var. Azərbaycan dünyanın az sayda ölkələrindən biridir ki, əhalisinin savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bundan əlavə, neft-qaz ehtiyatlarımız var. İnsanlarımız həvəslidir, yeniliklərə açıqdır. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub insanlarla rahat şəkildə dil tapa, birgə fəaliyyət göstərə bilirik. Bu baxımdan, müxtəlif regionlara açılmaq, əslində, Azərbaycanın qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi deməkdir". 
 


"Cənub-Şərqi Asiyanın bu hissəsi bütövlükdə Azərbaycan üçün o qədər də kəşf edilməmiş bölgədir. Həmin coğrafiya çox böyük və nəhəngdir. İnsan resursları həddən artıq çoxdur, işçi qüvvəsi nisbətən ucuzdur və kəşf edilməmiş potensialı olduqca genişdir. Həmin ölkələr də dünyaya açılmaq istəyirlər. Bu baxımdan, Azərbaycan onlarla birlikdə çox iş görə bilər". 

Selcan Xudiyeva

#investorları #çox #azərbaycan #gələcəkdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər