00:00:00
Yazar
Admin User
05.10.2023 19:02 369 1 dəq oxuma
Sosial

1 qəpiklik endirimlər

1 qəpiklik endirimlər

Supermarketlərdə, iri ticarət mərkəzlərində qarşılaşdığımız hallardan biri də qəpik-quruşlu qiymətlərdir. Məsələn, niyə 1 azn yox, 0.99 azn və ya 400 azn yox, 399.99?


Bir qəpikin qaytarılmadığı halda bu qiymətlərdən istifadə edilir, alıcılar da bu məhsulları alarkən bu məqama çox da diqqət etmirlər. Bəs, qiymətlərin bu cür təqdimində əsas məqsəd nədir? Bu, marketinq sirridir, yoxsa psixoloji təsir?

 

İqtisadçı ekspert Xalid Kərimli informator.az -a etdiyi açıqlamada deyir ki, bu, marketoloqların tətbiq etdiyi metoddur və insanların qəbul etməsinə, qiymətə görə davranışına, fikrinə əsaslanır:


"Məsələn, 101 manatlıq məhsul 99 manatlıq məhsuldan daha böyük, daha bahalı gəlir. Buna görə də məsul şəxslər qiymət müəyyən edən zaman bu effektdən, metoddan istifadə etməyə çalışırlar. Yəni çox ciddi qiymət fərqi yoxdur, ancaq mahiyyət baxımından insanların qərar verdiyi zaman bu metod təsir edir".


Ekspert hesab edir ki, biz bunu qəbul etməsək də, belə məqamların alıcılığa müəyyən təsirləri var və biznes, marketinq ədəbiyyatlarında da bu üsul psixoloji effekt kimi qəbul edilir, dərsliklərdə də əksini tapır. O əlavə edir ki, bu metod psixoloji təsir kimi istifadə edilir:


"Reallıqda 1 qəpik, 1% ciddi fərq etmir. Amma insanların fikrinə görə, 1 azn 0.99 azn-dən daha baha hesab olunur".


Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər