00:00:00
Yazar
Admin User
01.09.2023 09:42 630 2 dəq oxuma
Sosial

1 Sentyabr BDU-un Yaranma Günüdür

1 Sentyabr BDU-un Yaranma Günüdür

Bu gün Azərbaycanın ilk universiteti - Bakı Dövlət Universitetinin (BDU) yaranma günüdür. 

 

İnformator.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub  Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb.

 

Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur. Hazırda BDU tanınmış elm və təhsil mərkəzidir. BDU-da Azərbaycanın tanınmış alimləri, ziyalıları təhsil alıb. Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Tərkibində 4 institut, 16 fakültə fəaliyyət göstərir. Əvvəllər 2 filialı olsa da, hazırda 1 filialı vardır. 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyaları var. Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulub. Təhsil ödənişli və dövlət sifarişli əsaslarla nəzərdə tutulub. Həmçinin BDU-da əyani təhsillə yanaşı, qiyabi təhsil də mövcuddur.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova BDU ilə bağlı xatirələrini, təəssüratlarını informator.az saytı ilə bölüşüb:


"Tələbəliyə ağır zamanda başladım. Orta məktəb həyatında oktyabryat, sonra pioner olanlar, bir gecədə o al qalstuku açıb atanlar məni yaxşı anlayarlar. 1990-ci ilin yanvarında yaşıdlarım inandığımız, güvəndiyimiz böyük "əzəmətli" dövlətin ordusunun açdığı gülləyə tuş gəldi və mənim nəslim vaxtından tez böyüdü. Tələbə adını qazananda hamı kimi sevincimin həddi-hüdudu yox idi. Seçimimi, sadəcə, bir universitetlə məhdudlaşdırmışdım - Bakı Dövlət Universiteti. Jurnalistika fakültəsində Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Əliş Nəbili, Nəsir Əhmədli, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov kimi tanınmış professorlardan dərs aldıq. Onlar bizə təkcə peşəmizin nəzəriyyəsini öyrətmirdilər, onlar vətəndaş yetişdirirdilər. Yalnız auditoriyada deyil, dəhlizlərdə, universitetin həyətində də başlarına yığılıb nəyisə müzakirə edərdik, məsləhət alardıq. Müəllimlərimiz, sözün həqiqi mənasında həm də dostlarımız idilər, doğru yol göstərən, çətinə düşəndə dərhal köməyə gələn dostlarımız.
BDU ilə yollarımız kəsişəndə cəmi 17 yaşım vardı. Bu il o vaxtdan 30 il keçir. Cümhuriyyətimizin yadigarı 104 ili geridə qoydu. Mən bu gün BDU-nun məzunu, əməkdaşı olmağımla fəxr edirəm. Mənim kimi milyonların həyatında universitetimizin yeri var".

 

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər