00:00:00
Yazar
Ayan Sadi
24.09.2026 21:55 86 2 dəq oxuma
Gündəm

10 illik sürət: "Formula-1" yarışlarının bu ilki üstünlükləri

10 illik sürət: "Formula-1" yarışlarının bu ilki üstünlükləri

Paytaxtımızın beynəlxalq idman tədbirlərindən biri olan "Formula-1" yarışının başlamasına saatlar qaldı. Azərbaycan da 2016-cı ildən bu yarışa ev sahibliyi edir. Yarış hər il paytaxtın mərkəzi küçələrində keçirilir. 6,003 kilometr uzunluğu olan Bakı Şəhər Həlqəsində 51 dəfə dövr edilir.  

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, bu il Formula 1 Azərbaycan Qran-prisinin iştirakçıları ötən ilkindən daha çox olması gözlənilir:

 

"Ötən il 90 mindən artıq dünyanın müxtəlif yerlərindən qonaqlar iştirak etmişdi. Bu il isə iştirakçıların 100 mindən artıq olacağı gözlənilir. Buna görə də tamaşaçılar üçün nəzərdə tutulan tribunaların da sayı Formula 1-in keçirildiyi Bakı Həlqəsində daha çox artırılıb".

 

Sosioloq qeyd edir ki, Formula 1 həm bu idman növünün tanıdılmasına, həm də ölkənin turizm potensialının inkişafına geniş imkanlar yaradır.

 

"Bu il Azərbaycan Qran-prisinin 10 illik yubileyidir. 2016-cı ildə ilk Formula yarışları Azərbaycanda keçirilib və 2017-ci ildən isə hər il Azərbaycan Qran-prisi olaraq ölkəmizdə keçirilir. Bu yarış dünyaca məşhur, sevilən avtomobil yarışıdır və hansı ölkədə keçirilməsindən asılı olmayaraq həmin ölkəyə çox əlverişli mühit bəxş edir. Çünki dünyanın hər bir yerindən qonaqlar gəlir, bu yarışda iştirak edir". 

 

 Onun sözlərinə görə 10 il Azərbaycan Qran-prisinin ölkəmizdə keçirilməsi və dünyanın hər yerindən gələn qonaqların hər il sayının artması onu göstərir ki, tək avtomobil yarışına görə deyil, həm də ölkəmizin turizm potensialına, coğrafiyasına da maraq göstərilir. 

 

"Formula 1 Azərbaycan Qran-prisi İçərişəhərdən başlayır. Buradan birbaşa bulvara, dənizkənarı parka çıxır və müasir görüntü ilə İçərişəhərin tarixi, keçmişi bir harmoniya təşkil edir".

 

Azərbaycan Qran-prisi bu il də dünyanın müxtəlif ölkələrindən Formula 1 azarkeşlərini Bakıda bir araya gətirəcək. Yarışın keçirilməsi paytaxtın beynəlxalq idman tədbirləri təqvimində mövqeyini möhkəmləndirməklə yanaşı, şəhərin turizm və mədəni imkanlarının təqdimatına da şərait yaradır.

 

 

Xədicə İsmayılova

#sürət: #yarışlarının #üstünlükləri #illik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər