00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
10.03.2026 18:20 130 1 dəq oxuma
Media

108 ölkə, 23 illik təcrübə: Azər Qərib səyahət jurnalistikasının sirrlərini açıqladı

108 ölkə, 23 illik təcrübə: Azər Qərib səyahət jurnalistikasının sirrlərini açıqladı

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında tanınmış səyahətçi, jurnalist Azər Qəribin müdavimlərlə görüşü keçirildi.

 

“İnformator.az” xəbər verir ki, görüş zamanı Azər Qərib səyahət jurnalistikası sahəsindəki təcrübəsini müdavimlərlə bölüşdü.O, bu sahənin xüsusiyyətləri, imkanları və müxtəlif ölkələrdə qazandığı təcrübələr barədə məlumat verdi.

 

Azər Qərib səfər etdiyi ölkələrdə müşahidə etdiyi mədəni fərqliliklərdən, eləcə də jurnalistin səyahətlər zamanı diqqət yetirməli olduğu mühüm məqamlardan danışdı.

 

Görüş diskussiya formatında təşkil olundu.Müdavimlər səyahət jurnalistikası ilə bağlı suallar ünvanlayaraq bu sahədə praktiki məsləhətlər əldə etdilər.Çıxış zamanı müxtəlif ölkələrin mədəniyyəti və həyat tərzi ilə bağlı mövzular da müzakirə olundu.

 

İnteraktiv şəraitdə keçən görüşün sonunda xatirə fotosu çəkdirildi.

 

Həcər Əmiraslanlı
 

##teleradioakademiyası #Azerqerib #xeber #seyyahjurnalist
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər