150 BAL TOPLAYANLAR DA ALİ MƏKTƏBƏ QƏBUL OLDU
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri bəzi ixtisasların keçid ballarında kəskin enmələr müşahidə olunduğunu göstərdi. Əsas da ibtidai sinif müəllimliyi ilə bağlı narazıllıqlar var. .
Əslində hər il olduğu kimi, bu il də 3-cü qrup üzrə ali təhsil məktəblərinə daxil olanların sayı çoxdur. Bu il 14 893 nəfər sözügedən qrup üzrə təhsil alacaq. Lakin ötən illərdən fərqli olaraq, istər 3, istərsə də, digər qruplar üzrə ballar xeyli aşağı düşüb. Təhsil eksperti İlqar Orucovun sözlərinə görə, ibtidai sinif müəllimliyinə aşağı balla müraciət edənlər hələ də o məsuliyyəti dərk etmirlər. “Yəni ibtidai sinif bütövlükdə təhsilin ilk pillələrindən biridir. Burda əslində daha çox savadlı müəllimlərə ehtiyac olacaq”.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 70 301 nəfər iştirak edib. Onlardan 51 941 nəfər ali təhsil müəssisələrinə qəbul olub. Bunlardan 24 594 nəfər dövlət sifarişi əsaslarla, 27 347 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
