00:00:00
Yazar
Admin User
07.09.2023 17:16 259 2 dəq oxuma
Sosial

19 İLLİK ÖMRÜNƏ TARİX YAZMAĞI BACARAN İGİD

19 İLLİK ÖMRÜNƏ TARİX YAZMAĞI BACARAN İGİD

   19 illik ömür… Bu qısa ömürə tarix yazmağı bacaran Hüseyn Xəlilov.... 2002-ci ildə Nardaran qəsəbəsində anadan olub. 295 nömrəli tam orta məktəbdə və "dülgərlik" ixtisası üzrə peşə məktəbində təhsil alıb.

  Sanki uşaq yaşlarından şəhid olacağını hiss edib. Yaxınlarına dəfələrlə əsgər gedib, şəhid qayıdacağını deyib. Hətta çağırış vaxtı çatanda karantin dövrü olduğundan hərbi hissəyə özü zəng edib, hərbi xidmətə getmək istəyini bildirib. Hərbi xidmətdə olduğu vaxt Vətən Müharibəsi başlayıb. O da digər hərbçilərimiz kimi torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə iştirak edib. Füzuli və Qubadlıdakı döyüşlərdən sonra Şuşa uğrunda mübarizəyə qatılıb.

  Şəhidin anası Zəminə Xəlilova deyir ki, axırıncı danışıqları noyabrın 2-si olub. Noyabrın 9-u Hüseyn vurulub. “Bizə 11-i xəbər gəlib ki, Hüseyn vurulub. 11-i Hospitala götürülüb. O vəziyyətdə götürüb gətiriblər. Onun adın-soyadın heç kim oxuya bilməyib. Ad-soyadı silinib, 16-cı naməlum şəxs yazılmışdı”.

  Valideynlərinin sözlərinə görə, Hüseyn müəllimlərinin də sevimli şagirdi olub. Mehribanlığı, səmimiyyəti ilə digər uşaqlardan seçilib. Sıxıntı, narahatlıq keçirsə belə, bütün məsələlərə pozitiv yanaşması ilə fərqlənib. “Onun əsgər yoldaşları Orucəli var idi, Elvin var idi. Deyirdi, Hüseyn siz fikirləşdiyiniz kimi deyildi. Hüseyn bizdən yaşı az idi, amma bizim ağsaqqalımız idi. Bir konfetdə olsa deyirdi, qaça-qaça gətirirdi, deyirdi, konfet tapmışam yeyəcəyik”.

  Uşaqlıqdan cudo ilə məşğul olan Hüseynin ən böyük arzularından biri idman müəllimi kimi çalışmaq olub.

   Koma vəziyyətində 6 aylıq müalicədən sonra Hüseyn Xəlilov 25 aprel 2021-ci ildə şəhidlik zirvəsinə ucalıb. Nardaran qəsəbəsində dəfn edilib. Prezident İlham Əliyevin sərəncamına əsasən, "Vətən uğrunda" medalı, həmçinin Füzulinin, Qubadlının, Şuşanın azad edilməsinə görə medalları ilə təltif olunub.

ZEYNƏB

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər