"19 yaşlı bir uşağı dünya futbolunun liderlərindən saya bilmərik!"- Fuad Eldarov
FIFA Dünya Kubokunun finalında İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək çempion olub. 19 yaşlı Lamine Yamal ilk dünya çempionluğunu qazanarkən, Lionel Messi finalı məğlubiyyətlə başa vurub. Finalın nəticəsi və hər iki komandanın çıxışı futbol ictimaiyyətində geniş müzakirə olunur.
"İspaniyanın dünya çempionluğunu təmin edən əsas amillərdən biri komplektləşmiş, oturuşmuş və sürətli gənc heyətdən ibarət olan komandasıdır. Oyun başlayan dəqiqədən sürətli oyun tərzi, əks hücumlar əsas da gənc futbolçuları ilə komanda finalı qələbə ilə bitirdi, çempion oldu".
Bu sözləri İdman Tv-nin aparıcısı, idman jurnalisti Fuad Eldarov "İnformator.az" a açıqlamasında deyib. O qeyd edib ki, İspaniyanın keçirdiyi bütün oyunlara diqqət yetirsək, sadəcə bir dəfə qol buraxıb, Belçika ilə oyununda 2-1 hesabı ilə bitirmişdi. Bu isə heyətin nə səviyyədə olduğunu yetərincə göstərir:
"Lamine Yamalın 19 yaşında dünya çempionu olması isə dünya futbolu üçün hazırda heç bir şey ifadə etmir. Onu futbol dünyasının lideri saymaq olmaz. 19 yaşlı bir uşağı dünya futbolunun liderlərindən saya bilmərik. Yamal hələ gənc istedaddır, özünü göstərməyə çalışan yeniyetmədir. Onun bu uğuru qazanması ilə lider yerinı qoymağımız düzgün deyil. Əgər onu bu mövqedə qoysaq, azarkeşlər və media ilə əslində onun karyerasına zərər verərik. Bu gənc yaşda biri üçün yetərincə eqo bəsləyəcək bir mövqedir. Özgüvən, eqo isə onu məhv edə bilər. Hətta, hazırda "Barselona"da oynayan Yamalı, "Real Madrid" oyunçusu Arda Gülər ilə nisbət edirlər. Sanki yeni dövrün Messi və Ronaldosu kimi görürlər. Yamalı hələ çox uzun yol gözləyir".

Zəhra Möhübbətova