00:00:00
Yazar
Admin User
01.08.2025 10:56 193 1 dəq oxuma
Hadisə

1Avqust

1Avqust

"İnformator.az" xəbər verir ki,bu gün 1 Avqust  Azərbaycan əlifbası və Azərbaycan dilli günüdür. Ana dili ilk dəfə “ana” deyə çağırdığımız, hisslərimizi anlatdığımız, sevdiklərimizə “səni sevirəm” dediyimiz dildir. Bizi biz edən, kimliyimizi formalaşdıran, tariximizi, mədəniyyətimizi daşıyan bir körpüdür.

 

Ana Dili Günü yalnız bir təqvim günü deyil. Bu gün bizə xatırladır ki, dilimizi sevmək, onu yaşatmaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Sosial şəbəkədə, məktəbdə, evdə – harada olursa olsun, ana dilimizlə düzgün, səliqəli danışmaq, onu laqeyd qoymamaq bizim seçimimiz deyil, məsuliyyətimizdir. Dilimizi qorumaq üçün nəhəng addımlar atmağa ehtiyac yoxdur. Sadəcə onu hiss edərək danışmaq, yanlışlardan qaçmaq, oxumaq və öyrətmək kifayətdir.

 

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər