00:00:00
Yazar
Nigar Həsənzadə
09.07.2026 23:57 109 1 dəq oxuma
Gündəm

20 ildə ilk: Fələstində parlament seçkiləri keçirilir

20 ildə ilk: Fələstində parlament seçkiləri keçirilir

Fələstin Prezidenti Mahmud Abbas parlament seçkisinin keçirilməsi haqqında fərman imzalayıb.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, yerli parlamentə - Fələstin Qanunvericilik Şurasına seçki bu il noyabrın 28-nə təyin edilib.

 

Sözügedən seçki baş tutacağı təqdirdə, son 20 ildə ilk seçki olacaq. Fələstin ərazilərində sonuncu dəfə analoji seçki 2006-cı ilin yanvarında keçirilib. Həmin vaxt yerlərin yarısından çoxunu (132 yerdən 74-nü) HƏMAS namizədləri qazanıb, hakim FƏTH partiyası 45 mandat əldə edib, qalan yerlər isə yerli kiçik partiya və hərəkatlar arasında bölünüb.

 

Parlament 2018-ci ildə Konstitusiya Məhkəməsinin qərarı ilə buraxılıb. 2021-ci ildə də Fələstin Qanunvericilik Şurasına seçki elan edilsə də, baş tutmayıb.

#gündəm #xəbər #azərbaycan #ilk:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər