00:00:00
Yazar
Admin User
19.01.2015 13:06 336 1 dəq oxuma
Sosial

20 Yanvar faciəsi Almaniyada anılıb

Almaniyanın Türingiya vilayətində yaşayan azərbaycanlılar “20 Yanvar” faciəsini anıb
20 Yanvar faciəsi Almaniyada anılıb

Anım tədbiri “Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası” (“Thuringen Azerbaijani Students Association”) tərəfindən Almaniyanın Yena şəhərində təşkil olunub. Tədbir “20 Yanvar” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmaqla başlayıb.

 Tədbirdə iştirak edən azərbaycanlı tələbələr “ 20 Yanvar” faciəsinin Azərbaycan tarixində tutduğu yeri müzakirə edib, bu mövzuda fikirlərini səsləndirib. Eyni zamanda, tədbir iştirakçıları faciə ilə bağlı bilgi və xatirələrini paylaşıb. Almaniyada təhsil alan azərbaycanlı tələbələrin səsləndirdikləri əsas fikir bundan ibarət olub ki, əslində şəhidlərimiz göstərdikləri şücaətlə tariximizdə yeni bir qəhrəmanlıq səhifəsi yazıblar.

Odur ki, xaricdə təhsil alan və yaşayan azərbaycanlılar olaraq hər il bir araya gələrək “20 Yanvar” şəhidlərinin əziz xatirəsini anmaq bizim mənəvi borcumuzdur deyə tədbir iştirakçıları qeyd edib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər