20 Yanvar faciəsinə hazırlıq davam edir
Bu il Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 25 iliyi qeyd edilir
20 Yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanında ənənəvi ekspozisiyanın eskizi hazırlanmaqdadır.
İnformator-un verdiyi məlumata görə, Ağ və qırmızı güllərdən ibarət ekspozisiya Şəhidlər Xiyabanının girişində qurulur. Ekspoziya təqribən 300 kvadratmetrə yaxın sahəni əhatə edəcək və qərənfilləri əks etdirəcək. Hazırlıq işlərində minlərlə güldən istifadə ediləcək.
Bundan əlavə Xiyabanın giriş hissəsində pilləkənlərin üzərində, eləcə də məzarların yaxınlığında qara lentlər bağlanılır. Hazırlıq işləri ayın 19-da yekunlaşacaq.
