20 Yanvar faciəsinin 25-ci ildönümü anılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 20 Yanvar faciəsinin qurbanları anılıb
20 Yanvar faciəsi milli-azadlıq hərəkatına və demokratik proseslərə ağır zərbə vursa da, xalqın iradəsini sındıra bilməyib.
20 Yanvar hadisənin 25 illiyinə həsr olunan tədbirdə Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətən uğrunda canını qurban verən şəhidlərin müasir dövrün qəhrəmanlıq tarixinin əsasını qoyduğunu deyib.
“Bu terror istiqlaliyyət və müstəqillik uğrunda aparılan hərəkata təkan verib.”
