00:00:00
Yazar
Admin User
25.08.2023 12:13 944 2 dəq oxuma
Sosial

200-250 bal yığan tələbələrin qəbul ola biləcəkləri universitetlər

200-250 bal yığan tələbələrin qəbul ola biləcəkləri universitetlər

  Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimi ərəfəsindədirlər. Artıq ixtisas seçiminin bitməsinə bir neçə gün qalıb. İnformator.az qəbul imtahanında 241 bal toplayan tələbənin, həmçinin onun kimi bir çox tələbələrin ixtisas seçimində şansının nə qədər olduğunu araşdırıb.

  1-ci qrup üzrə qəbul imtahanında iştirak edən Təyyar 241 bal toplayıb. Azərbaycan Texniki Universitenin Nəqliyyat mühəndisliyi ixtisasını illk yerdə kodlaşdıran müsahibim özü də etiraf edir ki, vəziyyət gərcindir.

  Təhsil eksperti Elmin Nurinin sözügedən abituriyentlə eyni vəziyyətdə olanlara xəbəri var. Müsahibimiz deyir ki, bu il 1-ci qrup keçid ballarının stabil qalacağı gözlənilir. İstər riyaziyyat, informatika, istərsə də kimya alt qrupları üzrə balların keçən ilki ballardan çox da fərqlənəcəyi gözlənilmir. Xüsusən, bir qrup ixtisaslar var ki, həmin ixtisaslara 250 baldan aşağı bal toplayaraq qəbul olmaq mümkündür. “Təbii ki, ödənişli ixtisaslardan söhbət gedir. Bəzi özəl ali təhsil müəssisələrdə və bölgələrdə yerləşən universitetlərə 240-250 bal arasında nəticə göstərməklə, dövlət sifarişli əsasında qəbul olmaq mümkündür. Məsələn, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universitetindəki bəzi ixtisaslara qəbul olmaq mümkündür: aqro-kimya, ekologiya mühəndisliyi, zoomühəndislik, yer quruluşu və daşınmaz əmlakın kadastırı, şərabçılıq, balıqçılıq”. Elmin Nurinin sözlərinə görə, eyni ixtisasların bir qismi Gəncə Dövlət Universiteti və həmin şəhərdə yerləşən Azərbaycan Texnologiya Universitetində də var ki, 240-250 bal aralığında nəticə göstərən abituriyentlər ödənişli əsaslara mütləq bu universitetlərə qəbul ola bilərlər. “Bakıda da yerləşən bəzi universitetlərdə də bu göstərici ilə tələbə adını qazanmaq mümkündür. Bu il də Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, qisməndə olsa, Bakı Mühəndislik Universitetində 200-250 bal toplayan abituriyentin qəbul olmaq şansı çoxdur. Nəqliyyat mühəndisliyi, digər logistika xarakterli ixtisaslara da qəbul olmaq şansı var. Özəl universitetlər də xüsusilə, Azərbaycan Kooperasiya Universiteti, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti bu istiqamətdə abituriyentlərin yolunu gözləyir, desək, yanılmarıq, əsasən, ödənişli əsaslarla həmin göstəricilər əsasında təhsil almaq mümkündür”.

 Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər