00:00:00
Yazar
Admin User
23.01.2015 11:54 309 2 dəq oxuma
Sosial

2015-ci il “Gənclər Paytaxtı”nın seçiminə start verilir

Yaşından və cinsindən asılı olmayaraq hər bir kəs yaşadığı şəhərin "Gənclər paytaxtı" seçilməsi üçün səsvermədə iştirak edə bilər
2015-ci il “Gənclər Paytaxtı”nın seçiminə start verilir

2012-ci ildə Gəncə şəhəri,  2013-cü ildə  Biləsuvar şəhəri, 2014-cü ildə isə  Quba rayonu “Gənclər Paytaxtı” adını qazandıqdan sonra,  2015-ci ildə qalib olacaq şəhərin seçiminə start verilir.

Gənclər və İdman Nazirliyindən İnformatora verilən məlumata görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunur. “Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır, gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.


Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 26 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülmüş, onlardan 11-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılmışdır. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir. Artıq 24 yanvar 2014-cü il tarixdə start götürən səsvermə 1 fevral 2014-cü il tarixdə saat 23.59-da yekunlaşacaq. 2015-ci ilin "Gənclər Paytaxtı"nın adı isə 2 fevral 2015-ci il tarixdə Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi elan ediləcəkdir.

Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Səsvermə www.genclerpaytaxti.az  internet saytı vasıtəsilə həyata keçirilir.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər