2016-cı ildə ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək
2016-cı ildə ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Bu, ödənişli təhsilin ləğvi deyil. Əksinə, ali təhsil ocaqlarına muxtariyyət veriləcək. Təhsil nazirliyinin sektor müdiri Cəsarət Valehov “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planı”nda yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşən yeni qəbul mexanizminin hazırlanmasının nəzərdə tutulduğunu bildirib. Yeni qəbul mexanizminə keçid universitetlərə maddi texniki bazanın genişliyindən asılı olaraq tələbə qəbul etməyə imkan yaradacaq. Bundan əlavə, Təhsil Nazirliyi 2018-2020-ci illərdə təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin edəcək.
