00:00:00
Yazar
Admin User
16.11.2023 17:03 312 1 dəq oxuma
Sosial

"2022-2026-cı il dövlət proqramı" ilə xaricdə təhsil üçün 400 tələbə nəzərdə tutulub

"2022-2026-cı il dövlət proqramı" ilə xaricdə təhsil üçün 400 tələbə nəzərdə tutulub

Növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində bakalavr və magistr üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı artıq müəyyən edilib.

 

İnformator.az xəbər verir ki, təhsilini xaricdə davam etdirmək istəyənlər 2022-2026-cı il dövlət proqramı ilə bağlı edu.gov.az saytından məlumat əldə edə bilərlər. Qeyd edək ki, təhsillə bağlı, təqaüd, viza, siğorta və nəqliyyat xərcləri proqram çərçivəsində qarşılanır.

 

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova açıqlamasında deyir ki, hər il 400-ə yaxın onlardan 80 bakalavr, 320 magistratura təhsil səviyyəsi olmaqla tələbələrin qəbulu həyata keçirilir.

 

“Bu ilki siyahı üzrə dünyanın 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas istiqaməti əsas götürülməklə ümumilikdə 3993 proqram siyahıda əhatə olunub. Bu illəri ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsi üzrə təhsil almaq istəyən gənclərimiz üçün də dövlət proqramına müraciət zamanı yer ayrılacaqdır”.

 

LAMİYƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər