00:00:00
Yazar
Admin User
13.10.2023 09:59 294 1 dəq oxuma
Sosial

2023-cü ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura 2000 ailənin köç etməsi gözlənilir

2023-cü ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura 2000 ailənin köç etməsi gözlənilir

“Füzuli şəhəri bərpa və yenidənqurma mərhələsindədir. Füzuli şəhərində məskunlaşma intensivləşib. İlin sonuna qədər 800 ailənin Füzulidə məskunlaşacağı gözlənilir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edir ki, məskunlaşma həyata keçirilən şəhərcikdə infrastrukturun formalaşması yekunlaşır, yaşayış binalarının inşası davam etdirilir.

 

“Eyni zamanda Füzuli şəhərində özəl və dövlət sektorlarında iş yerlərinin yaradılması istiqamətində işlər görülür. Burada yaşayan uşaqların təhsil, müəllimlərin isə işlə təmin edilməsi üçün məktəb fəaliyyətə başlayıb. Bu məskunlaşma daha çox vətəndaşımızın Qarabağ və Şərqi Zəngəzura köç etməsinə şərait yaradacaq. 2023-cü ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura 2000 ailənin köç etməsi gözlənilir . 2026-cı ilin sonunda isə. 150.000 vətəndaşımızın işğaldan azad edilən, öz dədə-baba torpaqlarında məskunlaşacağı planlaşdırılıb”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər